Eyni zamanda, təşkilat aksizlərin və digər vergilər hesabına “zərərli” məhsulların qiymətlərinin artırılmasının ölkələrin büdcələrinə əlavə vəsait cəlb edəcəyini vurğulayıb. Qurum 2035-ci ilə qədər belə məhsulların maya dəyərinin artırılmasını təklif edir.
Sənəddə göstərilir ki, tütün, alkoqol və şəkərli içkilərdən istifadə ürək xəstəlikləri, xərçəng və şəkərli diabet kimi qeyri-infeksion xəstəliklərin yayılmasına səbəb olur. Dünyadakı bütün ölümlərin 75%-i bu xəstəliklərdən qaynaqlanır.
“Son hesabata görə, bu məhsulların birdəfəlik 50% qiymət artımı növbəti 50 il ərzində 50 milyon vaxtından əvvəl ölümün qarşısını ala bilər”, - sənəddə deyilir.
Xatırladaq ki, ayın sonunda son 6 ildə 14 yaşa qədər uşaqlar arasında piylənmə hallarının 36%-dən çox artdığı barədə məlumat açıqlanmışdı. Eyni zamanda məlum olub ki, 2018-ci ildən bəri 15-17 yaşlı uşaqlar arasında piylənmə hallarının ümumi sayı 9,2% artıb. ÜST-ün 2024-cü il üçün məlumatlarına əsasən, dünyada hər səkkiz nəfərdən biri piylənmədən əziyyət çəkir, 1990-cı ildən isə onların sayı təxminən iki dəfə artıb.
Sahil İsgəndərov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


